14 C
Baku
Friday, November 8, 2024

Daşınmaz əmlak bazarında “Mona Liza”: ABŞ-da 500 milyon dollarlıq ev satılır

Los-Ancelesin Bel-Eyr rayonunda qiyməti 500 milyon dollar olan ev satışa çıxarılıb.

Banker.az xəbər verir ki, “Mona Liza kimi nadir tapıntıya sahibsənsə, istədiyin qiyməti deyə bilərsiniz”, – deyə layihənin yaradıcı Nayl Nayami “Bloomberg” ə bildirib.

Nayami alıcı tapıb alqı-satqı əməliyyatını həyata keçirdiyi təqdirdə, bu ev ABŞ-dakı ən bahalı yaşayış obyektinə çevriləcək.

Xatırladaq ki, layihənin realizəsinə 2015-ci ildə başlanmışdı. Nayami tikinti işlərinin 20 ay davam edəcəyini proqnozlaşdırsa da, sənəd və maliyyələşdirmə ilə əlaqəli olan problemlərə görə bu müddət bir qədər uzadıldı. Mütəxəssisin fikrincə, onun dediyi qiymət yaxın beş il ərzində aktual olacaq.

Sahəsi 9300 molan bu ev təpə üzərində tikilib. Layihəyə görə, təkcə yataq otağının sahəsi 460 m2  təşkil edir, sahəyə əlavə olaraq gecə klubu, boulinq, dörd hovuz və 30 avtomobili yerləşdirəcək qaraj daxildir.

Son xəbərlər
Digər xəbərlər