Azərbaycana 2019-cu il ərzində gələn turistlərin 30%-i ümumilikdə işgüzar məqsədlə ölkəyə təşrif buyurub.
Banker.az saytının AzStatKom-dan aldığı məlumata görə, bu isə 850 min insanın bu məqsədlə Azərbaycana səfər etməsi deməkdir.
Reytinqdə ilk pilləni hər 100 adam üzrə götürsək ən çox iş güzar məqsədi ilə ABŞ-dan ölkəmizə gəliblər.
Belə ki, Azərbaycana hər 100 amerilikalıdan 82-i sırf işgüzar məqsədlə gəlib.
Rusiyadan isə hər 100 adamdan yalnız 9-u bu məqsədlə ölkəyə səfər edib ki, bu da ən kiçik göstərici olması deməkdir.
Lakin, sayla götürsək, Gürcüstandan 180 min, Türkiədən 99 min və Rusiyadan isə 74 min insan işgüzar səfər üçün ölkəyə gəlmişdir.