Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş.M.Əliyevin “Şöhrət” oredni ilə təltif edilməsi barəsində sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.
Bildirək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilmişdir.