9 C
Baku
Friday, December 13, 2024

Sərvəti atmosferə zərərli tullantılar atmaqla qazanan 10 milyarder

Son onilliklər ərzində dünya çox dəyişib və bir çox sahibkarlar, milyarderlər, siyasətçilər və ictimai xadimlər ətraf mühitin vəziyyətinə, eləcə də biznesin ona necə təsir etdiyinə diqqət yetirirlər. İstixana qazlarının atmosferə atılaraq, onun vəziyyətini pisləşdirməsindən ged-gedə daha çox bəhs edilir.

Buna baxmayaraq, bir çox zəngin insanlar ekoloqların çağırışlarına diqqət yetirməməyə üstünlük verirlər. Onlar zərərli emissiyalarla bağlı biznes aparmağa davam edirlər.

O cümlədən “Bloomberg”in təhlili göstərir ki, işi zərərli emissiyalarla əlaqəli olan 10 ən zəngin insanın sərvəti 2019-cu ilin sonunda 537 milyard dollara çatıb.

Beləliklə, sərvəti atmosferə zərərli tullantılar atmaqla qazanan 10 milyarderi təqdim edirik:

1. Kox ailəsi

Sərvəti: $150 mlrd

Ölkə: ABŞ

Şirkət: “Koch Industries”

“Koch Industries” şirkəti Kox ailəsinə 107 milyard dollar məbləğində sərvət toplamağa kömək edib.

Çarlz və Devid Kox qardaşları atalarının neft emalı şirkətini genişləndirərək, illik təxminən 100 milyard dollar mənfəət verən bir konqlomerat yaradıblar.

David onkoloji xəstəliklərin müalicəsinin tədqiqatlarına, xəstəxanalara, təhsilə və mədəniyyət institutlarına özlərinin təsis etdikləri “David H. Koch Charitable Foundation” fondu üzərindən 1,2 milyard dollar ianə etməyə vəd verib.

2. Səudiyyə Ərəbistanında kral ailəsi

Sərvəti: $100 mlrd

Ölkə: Səudiyyə Ərəbistanı

Şirkət: “Saudi Aramco”

“Saudi Aramco” ölkədə əsas neft hasil edən müəssisəsidir. Kral Salmana şirkətin 1 milyard dollardan artıq məbləğdə aktivləri məxsusdur.

3. Vorren Vaffet

Sərvəti: $89,3 mlrd

Ölkə: ABŞ

Şirkət: “Berkshire Hathaway”

Vorren Baffet amerikalı iş adamı, dünyanın ən tanınmış investorlarından biridir.

“Berkshire Hathaway” in tərkibinə GEICO, “Dairy Queen”, “Duracell”, “BNSF Railway”, “Lubrizol”, “Fruit of the Loom”, “Diamonds Helzberg”, “Long & Foster”, “FlightSafety International”, “Pampered Chef” və “NetJets” şirkətləri daxildir, eləcə də “Pilot Flying J”in (38,6%), “Kraft Heinz” (26,8%), “American Express” (17,15%), “Coca-Cola Company” (9,4%), “Wells Fargo” (9,9%), IBM (6,9%) və “Apple” (5%), “Bank of America” (6,8%) şirkətlərində paya malikdir.

4. Mukeş Ambani

Sərvəti: $58,6 mlrd

Ölkə: Hindistan

Şirkət: “Reliance Industries”

Hindistanlı biznesmen Mukeş Ambani ölkəsinin ən zəngin adamıdır. Hindistanın özəl sektorunda ən böyük şirkət olan “Reliance Industries”in İdarə Heyətinin sədri və əsas sahibidir. Şirkətdə onun payı 48% təşkil edir.

5. Leonid Mixelson, Gennadi Timçenko

Sərvəti: $42.7 mlrd

Ölkə: Rusiya

Şirkət: “NOVATEK”

“NOVATEK” Rusiyanın qaz şirkətidir. Şirkətə, həmçinin Tarko-Sale şəhərində “NOVATEK — Purovski KEZ” qaz-kondensatın stabilləşdirilməsi və emalı zavodu, “NOVATEK-Transervis” nəqliyyat şirkəti məxsusdur.

6. Vahid Ələkbərov, Leonid Fedun

Sərvəti: $31,4

Ölkə: Rusiya

Şirkət: “LUKOİL”

“LUKOİL” PSC Rusiyanın neft şirkətidir.

“LUKOİL”in neft ehtiyatlarının yarıdan çoxu Qərbi Sibirdə cəmləşdirilib (hasilatın əsas operatoru “LUKOİL-Qərb Sibir” MMC-dir).

7. Dunkan ailəsi

Sərvəti: $26,8 mlrd

Ölkə: ABŞ

Şirkət: “Enterprise Products”

Den L. Dunkan təbii qaz və neft hasilatı ilə məşğul olan “Enterprise Products Partners” şirkətini 1968-ci ildə cəmi 10 min dollarla təsis edib.

Onun 2010-cu ildə ölümündən sonra şirkət ailənin nəzarəti altında qalıb.

8. Porş-Piyex ailəsi

Sərvəti: $13,6 mlrd

Ölkə: Almaniya

Şirkət: “Volkswagen”

“Volkswagen”  alman avtomobil markasıdır. Bu marka altında 2007-ci ildə 5 mln 20 min avtomobil satılıb. Mənzil-qərargahı Volfsburqda yerləşir. Elə bu şəhərdə “Volkswagen” avtomuzeyi də var.

9. Lakşmi Mittal

Sərvəti: $13,2 mlrd

Ölkə: Hindistan

Şirkət: “ArcelorMittal”

Hindistanlı iş adamı Lakşmi Mittal, dünyanın ən böyük metallurgiya qrupu “Mittal Steel Company N. V.”nin  təsisçisi və sahibi, eləcə də dünyanın ən böyük metallurgiya şirkəti “Arcelor Mittal”ın şərikidir.

10. Anyelli ailəsi

Sərvəti: $11,1 mlrd

Ölkə: İtaliya

Şirkət: “Fiat Chrysler”

İtaliya-Amerika avtomobil istehsalçısı olan “Fiat Chrysler Automobiles” hazırladığı maşınlarının  sayına görə dünyada yeddinci yerdədir.

Holdinqə “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat Automobiles”, “Fiat Professional”, “Jeep”, “Lancia”, “Ram Trucks”, “Abarth”, “Mopar” və SRT kimi brendlər daxildir. Holdinqə, həmçinin “Maserati”, “Comau”, “Magneti Marelli” və “Teksid” şirkətləri daxildir. Oxu.az

Son xəbərlər
Digər xəbərlər