15 C
Baku
Sunday, November 24, 2024

Unibank-da internet ödənişləri indi daha təhlükəsiz

Artıq Unibank-ın Visa və Mastercard-ları ilə internet ödənişləri həm təhlükəsiz, həm də rahatdır. Yenilənmiş Dinamik (dəyişkən kod) sistemi,3D Secure xidmətinə qoşulan kart sahiblərinin işini daha da asanlaşdırdı.

Qeyd edək ki,  3D secure xidməti plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu layihə, kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.Unibank-ın bütün Visa və MasterCard kartları ilə  bu sistemə qoşulmaq mümkündür. İndi 3 D Secure sistemi daha da təkmilləşdirildi. Daha hər internet ödənişi zamanı daxil edilən kodu yadda saxlamaq lazım deyil, çünki Dinamik kod internet ödənişi zamanı  bir neçə saniyə ərzində müştərinin Bankda qeydiyyatda olan nömrəsinə göndərilir. Yeni müştərilər Unibank-dan kart sifariş etdikdə bu xidmətə avtomatik olaraq qoşulacaqlar. Müştərilərə xidmətə qoşulma haqqında sms göndəriləcək.

Unibank-ın kredit kartları həm də avtomatik və pulsuz olaraq, sms bankçılıq xidmətinə qoşulurlar. Sms bankçılıq internetə çıxışın olmadığı bir yerdə belə müştərinin bank hesablarından xəbərdar olmasına imkan verir. Unibankın sms bankçılıq xidməti həftənin 7 günü, günün 24 saatı aktivdir. Müştərilər öz mobil nömrələrindən müvafiq xidmətin adını və kartının son 4 rəqəmini sms-lə göndərərək, seçdiyi xidmətdən istifadə edə bilir.

Daha ətraflı məlumatı 117 nömrəsindən öyrənə bilərsiniz.

Unibank- hər kəsin bankı

Son xəbərlər
Digər xəbərlər