14 C
Baku
Friday, November 8, 2024

“Louis Vuitton” tarixində ilk dəfə olaraq restoran açdı

“Louis Vuitton” şirkəti Yaponiyanın Osaka şəhərindəki yeni butikində ilk kafe və restoranını açıb – “Le Café V” və “Sugalabo V”.

Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, onlar mağazanın dördüncü mərtəbəsində yerləşirlər, hər iki müəssisənin aşpazı Yosuqa Suqadır. Qeyd edək ki, o, “The World`s 50 Best Asia” reytinqində 47-ci yer tutur.

“Le Café V” yə giriş pulsuzdur, “Sugalabo V” restoranı isə yalnız şam yeməyi və bir neçə qonaq üçün nəzərdə tutulub, buraya giriş “gizli” qapıdandır.

Hər iki müəssisənin dizayneri Tokudzin Yosiokadır. O, dəniz üslubuna üstünlük verərək, restoranın interyerində daha çox yaşıl və göy rənglərdən istifadə edib.

Əslində, tanınmış brendlər üçün restoran açmaq adi bir təcrübədir. Məsələn, “Emporio Armani” və “Tiffany & Co” kimi tanınmış brendlər dünyanın müxtəlif şəhərlərində bir neçə restorana sahibdirlər.

Son xəbərlər
Digər xəbərlər