“Shanghai Composite” indeksi fevralın 3-ü koronavirusun yayılması xəbəri fonunda 8,7%, “Shenzhen Composite” isə 8,3% düşüb.
Banker.az xəbər verir ki, bu haqda “AP News” məlumat verib.
Digər bazarlarda da kəskin azalma qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının 31-də Çin hakimiyyəti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayılması haqqında xəbər verib. Xəstəliyin törədicisi yeni 2019-nCoV koronovirusudur. Son məlumata görə, Çində bu virusa yoluxan insanlardan ümumilikdə 361 nəfər dünyasını dəyişib.