3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı açıqlanıb

Azərbaycanda yeni 2019-nCoV koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər testlər gətirilib”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.

©Report

Son xəbərlər
Digər xəbərlər