2 C
Baku
Saturday, December 14, 2024

Birləşmə xəbəri yayılan şirkət reklam məsələsinə görə cərimələnmə ilə üz-üzə qalıb

Yaxın günlərdə ölkədə özünə rəqib sayılan “Sabina” parfumeriya mağazalar şəbəkəsini satın alan “İDEAL Kompani” MMC (birləşmədən sonra adını dəyişib, hazırkı adı – “ADORE Kompani” MMC : ətraflı ) cərimələnmə ilə üz-üzə qalıb.

Banker.az-ın əldə etdiyi məlumatda bilinir ki, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 19 dekabr 2019-cu ildə qərar çıxarılıb.

Parfumerya şirkətinin cərimələnmə səbəbi isə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, açıq məkanda texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsidir.

Məsələ ilə bağlı Şirkətin baş direktoru Samir Əliyev (eləcə də qanuni təmsilçisi) tərəfindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) müraciət edib, narazı qaldığı bildirilir. Lakin, BAM-ın çıxardığı qərara əsasən qeyd edilən qərar ləğv edilərək, yenidən 1-ci instansiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, bu inzibati xətaya görə cərimələnmə Dövlət Reklam Agentliyi tərəfindən protokol kimi tərtib edilir və məhkəməyə göndərilir.

Bu protokola görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər