8 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı koronavirusa görə neft hasilatını azaltmağı təklif edib

OPEC təşkilatının lideri OPEC+ müqaviləsinin iştirakçılarına neft hasilatını gündə 0,5 milyon barel azaltmağı təklif edib.

Səudiyyə Ərəbistanının verdiyi məlumata görə, koronavirusun yayıldığı dövrdə neft hasilatının azaldılması bazardakı sabitliyin pozulmasının qarşısını ala bilər.

Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib.

Xatırladaq ki, OPEC+ müqaviləsinə əsasən, iştirakçıları gündə 1,7 milyon barel neft hasil edirlər, onlardan 489 min barel Səudiyyə Ərəbistanının payına düşür. Kvota bu yaxınlarda – 2020-ci il yanvarın 1-də artırılmışdı və 2020-ci ilin martın 31-dək qüvvədə qalmalıdır.

Müalicəsi tapılmayan xəstəliyin yayılması səbəbindən təşkilat 2020-ci ilin 4-5 mart tarixi üçün planlaşdırılan iclasını fevralın birinci yarısında keçirmək qərarına gəldi. Müxtəlif mənbələrə görə, iclas 14-15 fevral tarixində keçirilə bilər. OPEC+ iştirakçıları bazarın inkişaf perspektivlərini qiymətləndirmək üçün fevralın 4-5 tarixində toplantı keçirəcəklər.

Son xəbərlər
Digər xəbərlər