11 C
Baku
Monday, November 25, 2024

Sahibinə pul qazandıran kartlar – SİYAHI

Son dövrlər Azərbaycanın bank sektorunda gözə çarpan yeniliklərdən biridə məhz kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir neçə bank tərəfindən təqdim edilir. Banker.az qeyd olunan özəlliyi olan kartların siyahısını təqdim edir.

YeloBank – Nikoil Kart

YeloBank-ın təqdim etdiyi Nikoil Kart hesabda qalan vəsaitə illik 7% olmaqla hesablama aparır.

Nağdlaşdırma: Nikoil Bankın və Bank VTB (Azərbaycan) bankomatlarından nağd pulun komissiyasız çıxarılması mümkündür.

Kartın qiyməti: Kart 2 illik buraxılır və qiyməti 1 AZN-dir.

Qeyd edək ki, hesablamalar kart qalığı maksimum 5000 AZN-də aparılır və kart yalnız AZN valyutasında emissiya edilir.

AccessBank – myCard

Bu kart 3 növdə (Classic, GoldPlatinum) buraxılır. Kartın növündən asılı olaraq hesablanan faizlərdə fərqli ola bilər. Classic-də illik 4% olmaqla hesablama aparılır, Gold və Platinum kartlarında isə illik 5%-dən hesablanma aparılacaqdır.

Nağdlaşdırma: AccessBank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1-1.5%

Qeyd edək ki, hər üç kartda AccessBankın bankomatlarında pulsuz nağdlaşdırma etmək mümkündür. Digər bankların bakomatlarında nağdlaşdırmaya görə 1-1.5% komissiya tutulacaqdır.

Kartın qiymət: myCard Classic  (3 illik) – 20 AZN, myCard Gold – 1 illik 45 AZN , 2 illik- 60 AZN, 3 illik- 70 AZN, myCard Platinum 1 illik- 60 AZN, 2 illik – 80 AZN, 3 illik – 100 AZN

Məlumat üçün bildirək ki, faizin hesablanması üçün kartda minimum 500 AZN/USD olmalıdır.

RabitəBank – Kartmane

Kartmane 4 növdə təqdim edilir (Kartmane debit, Kartmane Kredit, Premium debit  və Premium Kredit) . Biz yalnız debit kartlarına baxacağıq.

Kartmane debit 2 formatda təqdim edilir (VISA Rewards Kartmane və Mastercard World Kartmane ) və hesabda qalan vəsaitə hesablanan faizin həcmi 4% təşkil edir. Premium kartlarda (  VISA Infinite Kartmane  və Mastercard Black Kartmane ) bu faiz dərəcəsi kartında 6% təşkil edir.

Nağdlaşdırma: Azərbaycanın daxilində istənilən ATM-də nağdlaşdırma – Ayda 5 dəfə pulsuz. Premium debit kartında əlavə olaraq – Ökəxarici istənilən ATM-də nağdlaşdırma – İl ərzində 1 000 AZN və ya 500 USD/EUR pulsuz.

Kartın qiyməti: (hər iki kart 60 aylıqdır) Kartmane debit kartının  qiyməti 10 AZN / 6 USD, Kartmane hesabı açılan zaman 500 AZN/USD/EUR minimal mədaxil edildikdə kart pulsuz təqdim edilir. Premium debit kartının qiyməti bir dəfəyə 199 AZN (120 USD/EUR) və ya aylıq ödənişlə 19 AZN (12 USD/EUR). Və ya hesabın açıldığı zaman 15000 AZN mədaxil edilərsə pulsuz təqdim edilir.

Faizinin hesablanacağı maksimal məbləğ: Kartmane debit – 10 000 AZN/USD , Premium debit – 50 000 AZN/USD

Bankın bu kartlara verdiyi əlavə güzəştlər:

Kartmane Debet:

  • PIN Change və PIN Erase Xidmətləri – Pulsuz

Premium Debet:

  • PIN Change və PIN Erase Xidmətləri – Pulsuz
  • SMS Xəbərdarlıq Xidməti – pulsuz

Məlumat üçün bildirək ki, faizin hesablanması üçün kartda minimum 100 AZN/USD olmalıdır.

Bank of Baku – Bolkart

Bank of Baku-nun 4 kartında hesab qalığına faiz hesablanır. Bu kartlar Bolkart Gənc Debet, Bolkart Ailə Debet, Bolkart Gold DebetBolkart Diamond Debet. Bütün kartlar üzrə qalıq vəsaitə hesablanan faizin həcmi 5%-dir.

Nağdlaşdırma: Bank of Baku-a aid bankomatlar, həmçinin vəsait karta nağd üsul ilə Bank of Baku filiallarında və ya Bank of Baku Cash İnn terminallarında mədaxil edildikə heç bir komissiya tutlmur. Digər hallarda mədaxil edilən vəsaitlər üzrə komissiyaların tutulması Bankın qüvvədə olan Xidmət tarifləri və şərtləri ilə tənzimlənir. Digər hallarda 0.7-1.5% arası dəyişir.

Kartın qiyməti:

Bolkart Gənc Debet:

12 aylıq – 7 AZN
24 aylıq – 12 AZN
36 aylıq – 16 AZN

Bolkart Ailə Debet:

12 aylıq – 8 AZN
24 aylıq – 14 AZN
36 aylıq – 18 AZN

Bolkart Gold Debet 50 AZN

Bolkart Diamond Debet 150 AZN

Qeyd edək ki, bank tərəfindən bu kartlar üzrə qalıq vəsaitə faizin hesablanmasına minimal məbləğ nəzərdə tutulmamışdır. 

ExpressBank – Expresso kartı

ExpressBankın təqdim etdiyi Expresso Debit qalığa hesablanan faiz dərəcəsi illik 3% bərabərdir.

Nağdlaşdırma: ExpressBank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1.5- 2%

Qiyməti: 1 illik – 5 AZN, 2 illik – 8 AZN, 3 illik – 12 AZN

Kartın digər üstünlükləri:

  • 30%-dək cashback ;
  • 0% komissiya ilə debit qalığından nağdlaşdırma imkanı (Expressbank ATM-lərində) ;
  • 50 manatadək təmassız ödəniş imkanı ;
  • 700-dən çox Expresspay terminallarında mədaxil imkanı ;
  • 4 fərqli valyutada təqdim olunur .

Unibank – Albalı Plus Debet

Unibank özünün Albalı Plus debet kartı vasitəsi ilə hesabda olan vəsaitlə faiz hesablanmasını təmin edir. Qeyd olunan kartlarda qalıq vəsaitə hesablanan faiz dərəcəsi illik 3% təşkil edir.

Nağdlaşdırma: Unibank-a aid bankomatlar pulsuz, digər bankların bankomatları 1.5% qədər

Qiyməti: Albalı Plus debet 10 AZN, Premium kart isə 20 AZN . kartların müddəti 3 illikdir

Qeyd edək ki, bank tərəfindən bu kartlar üzrə qalıq vəsaitə faizin hesablanmasına minimal məbləğ nəzərdə tutulmamışdır. 

AmrahBank – Yubiley kartları

Bank tərəfindən təqdim edilən bu kartlarda, kart hesabındakı qalığa illik 5%-lə (manatla olduqda) əlavə vəsait hesablanır.

AmrahBank bu kartı 1 il müddətinə olmaqla müştərilərinə pulsuz təqdim edir. Lakin bununla belə kartı almaq istəyən şəxlər kartın növündən asılı olaraq aşağıdakı məbləğləri ilkin mədaxil kimi etməlidirlər:

  • Visa Classic -100 AZN/USD
  • Visa Gold – 500 AZN/USD/EUR
  • Visa Platinum – 1000 AZN/USD/EUR
  • Mastercard Standard – 100 AZN/USD/EUR
  • Mastercard Gold – 500 AZN/USD/EUR
  • Mastercard Platinum -1000 AZN/USD/EUR

Son xəbərlər
Digər xəbərlər