9 C
Baku
Friday, November 1, 2024

SOCAR Trading yeni müqavilə ilə Vyetnamın NEZ-a neft tədarükünə başlayıb

“SOCAR Trading” (Azərbaycan Dövlət Neft Şirkətinin ticarət “törəməsi”) Vyetnamın “Dung Quat” neft emalı zavoduna (NEZ) 2020-ci ilin ilk yarısına 5 milyon barel həcmində neft tədarükünə dair razılaşma çərçivəsində “Azeri Light” markalı neftin ilk partiyasını göndərib.

Müvafiq razılaşma 2019-cu ilin noyabrın 29-da Xanoyda “Petrovietnam” dövlət şirkətinin tərkibinə daxil olan “Binh Son Refining and Petrochemical Co” (BSR) ilə “SOCAR Trading” arasında əldə edilib.

BSR 6-7 milyon ton neft emalı gücünə malik “Dung Quat” NEZ-in (orta güc sutkada 130 min barel) kurasiyasını həyata keçirir.

©Turan

Son xəbərlər
Digər xəbərlər