13 C
Baku
Friday, November 22, 2024

Gömrük bu banklarla əməkdaşlığı dayandırır: “Bank Avrasiya”, “Premium Bank”…

Dövlət Gömrük Komitəsinin reyestrinə daxil olan bankların sayı 13-dən 10-a endirilib.

Bu barədə Komitəyə istinadən xəbər verilir.

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank” ASC-lərdir. Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

©Report

Son xəbərlər
Digər xəbərlər