Naməlum sətəlcəm xəstəliyinin (2019-nCoV) yayılmasından qlobal biznes də zərər çəkir.
Banker.az “Vestiru”ya istinadən xəbər verir ki, Amerikanın “Disney” şirkəti koronavirusa görə 175 milyon dollar itirib.
Məsələ ondadır ki, epidemiyanın yayılmasının qarşısını almaq üçün şirkət Şanxay və Hong-Kongda fəaliyyət göstərən əyləncə parklarını müvəqqəti olaraq bağlamaq məcburiyyətində olub. Bildiyimiz kimi, “Disney” üçün ən əlverişli mövsüm də məhz Çin Yeni il tətilidir.
Şirkət əlavə olaraq bildirir ki, ABŞ-dakı “Disneyland” əyləncə parkına giriş sayının azalmasının az ehtimal var.