6 C
Baku
Friday, January 10, 2025

Avtomobil Yolları Dövlət Agentliyinə 17,6 milyon manat pul ayrıldı – Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon (on yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Son xəbərlər
Digər xəbərlər