Prezident Çindən təxliyyə olunan azərbaycanlılarla görüş keçirib

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyyə olunan azərbaycanlılarla görüş keçirib.

Təxliyyə edilənlərin istəkləri yerinə yetirilib.

Onların vəziyyətlərində problem aşkarlanmayıb, səhhətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, altı Azərbaycan vətəndaşını da təxliyyə edib. Həmin şəxslər, əsasən, tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər