Amerikanın Cənubi Dakota ştatında Svett şəhərciyinin sahibi onu 400 min dollara satışa çıxarıb. Lans Benson Svett şəhərciyinin yeganə sahibidir və o şəhərciyi yaşayış evi, bar, emalatxana, üç treyler və 6 hektar torpaq sahəsi ilə birgə satışa çıxardığını bildirib. Onun sözlərinə görə, o şəhəri özündə saxlamaq istərdi, lakin o hazırda turizmlə bağlı yeni biznesə başlamaq istədiyini bildirib.
Bir çox digər kənd şəhərləri kimi, Svett də son yarım əsr ərzində kimsəsizləşib. Belə ki, əhali daha iri şəhərlərə köçmüşlər. 40-ci illərdə bu yaşayış məntəqəsində burada təxminən 40 insan yaşayırdı və şəhər ərzaq mağazası və poçta sahib idi. Hazırda isə şəhərin yeganə sakinləri Benson və onun həyat yoldaşıdır.