“Fortune” jurnalının ekspertləri dünyanı yaxşılığa doğru dəyişdirən şirkətlərin adlarını açıqlayıb.
Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, 2019-cu ildə bu siyahıya dünyanın müxtəlif ölkələrindən olan 52 şirkət daxil olmuşdur.
- TerraCycle
TerraCycle – orqanik tullantıların emalı ilə məşğul olan amerikan şirkətidir. Bundan əlavə, təşkilat ərzaq çantalarını istehsal edir.
- Schneider Electric
Schneider Electric – Fransanın elektrik maşınqayırma şirkətidir, energetik sənaye müəssisələri, məlumatların emalı və tikinti obyektləri üçün avadanlıq istehsal edir.
- Bank of Amerika
Bank of Amerika – amerikan maliyyə konqlomeratıdır, fiziki və hüquqi şəxslərə geniş sahəli maliyyə xidmətlərini göstərir. ABŞ-ın ən böyük maliyyə konqlomeratları sırasında ilk dördlüyə daxildir.
- Centene
Centene Corporation – tibbi sığorta və tibbi xidmətlər göstərən amerikan şirkətidir.
- Santander
Santander – İspaniyanın ən böyük maliyyə-kredit qrupudur. Böyük Britaniya, Latın Amerikası və ABŞ-da fəaliyyət göstərir, qrupun əsas strukturu Banco Santander-dir.
- Walmart
Walmart – Amerikanın ən böyük pərakəndə və topdan satış şəbəkələrindən biridir. Əsas fəaliyyət sahəsi ABŞ və Meksikadır. Bundan əlavə CAR, Çin, Yaponiya, Böyük Britaniya və Cənubi Amerikada fəaliyyət göstərir.
- TE Connectivity
TE Connectivity – avtomatlaşdırılmış sənaye avadanlıqları, məlumatların ötürülməsi sistemləri, aerokosmik və neft-qaza sənaye istehsalı ilə məşğuldur.
- BYD
BYD – Şenjendə yerləşən avtomobil istehsalçısıdır. Şirkət “Şəxsi tərtibat, şəxsi marka, şəxsi inkişaf” inkişaf modelinin tərəfdarıdır.
- Mastercard
Mastercard – beynəlxalq ödəmə sistemidir, 210 ölkənin 32 mindən çox maliyyə müəssisəsini birləşdirir.
- Qualcomm
Qualcomm – SoC və simsiz rabitə vasitələrinin tərtibatı və tədqiqatı ilə məşğuldur, ABŞ-ın Kaliforniya ştatının San-Diyeqo şəhərində yerləşir.