Azərbaycanın iri holdinqi olan “Gilan Holding” MMC-yə yaxın olan şirkət təsis edilib.
Banker.az bildirir ki, bu “FK İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Şirkət cari ilin 23 fevralında qeydiyyatdan “Gilan Holding” ilə eyni ünvanda (Capital Towers-də), yəni, Bakı ş. Yasamal r-u, Nəriman Nərimanov pr. ev.206, məh. 466-da dövlət qeydiyyatına alınıb.
Şirkəti “Gilan Holding”in direktoru olduğu Cəmil T. Muradov təmsil edəcək.
Təsis edilmiş şirkətin nizamnamə kapitalı 100 Azərbaycan manatı göstərilir.
Bildirək ki, C.T.Muradovun həmçinin “Gilan & PİD” MMC adlı şirkətin də qanuni təmsilçisidir.