7 C
Baku
Sunday, December 15, 2024

Xəzəryanı ölkələr arasında bir sıra sənəd imzalanacaq

Xəzərin hüquqi statusuna dair konvensiyanın ratifikasiyasını başa vurmaq üçün indiyədək Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda və Rusiyada müvafiq daxili prosedurlar həyata keçirilib.

Bu barədə “Rossia Today”a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“İran tərəfinin də qarşıdakı parlament seçkilərindən və Məclisin yeni heyətinin yaradılmasından sonra bu məsələyə yaxından diqqət yetirəcəyini güman edirik”, – deyən A.Rudenko konvensiyanı müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradan bünövrə olaraq səciyyələndirib.

“Məsələn, ötən il iqtisadi sahədə əməkdaşlıq əlaqələri xeyli inkişaf edib. Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirildi, ikincisini gələn il Rusiya keçirmək fikrindədir. Hazırda təhlükəsizlik, nəqliyyat, turizm, elm sahələrində doqquz beştərəfli əməkdaşlıq sazişi hazırlanma mərhələsindədir. Bunların bir qisminin Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitinədək hazır olacağına ümidvarıq”, – deyə rusiyalı nazir müavini qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər