Kreditin şərtləri:
- Kreditin məbləği : 100 000 AZN və ya ekvivalentinədək
- Kreditin müddəti : 12- 36 ay
- Komisyon : 1.5%
Fai z dərəcəsi:
Müddət 12 ayadək olduqda – 21%;
Müddət 18 ayadək olduqda – 22%;
Müddət 24 ayadək olduqda – 23%;
Müddət 36 ayadək olduqda – 24%.
Müştəriyə veriləcək kreditin maksimum 5 % – i kredit kartı şəklində verilir
Kreditin təminatı
Kreditin təminatı olaraq daşınmaz əmlak və depozit girov götürülür.
1. Girov daşınmaz əmlak olduqda, onun likvid dəyəri əsas götürülməklə kreditin təminat səviyyəsi 1 ilə qədər verilən kreditlər üzrə minimum 140%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 135 %, 1 ildən yuxarı verilən kreditlər üzrə isə kreditin təminat səviyyəsi 150%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 145 % təşkil etməlidir.
2.Girov pul vəsaiti olduqda, kreditin təminat səviyyəsi minimum 110%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 105 % təşkil etməlidir.
Qeyd : Girov daşınmaz əmlak olduqda dəyəri həcmində sığortalanır. Eyni zamanda kredit məbləğinin 50%-i həcmində borcalanın həyatı sığorta olunur(kredit məbləğinin 0,5%ni keçməmək şərtilə).