1 yanvar 2020-ci il tarixinə olan hesabata əsasən “Rabitəbank” ASC-nin müştərilərə verdiyi kredit portfeli 376,94 milyon (17% artım) manat təşkil edib.
Banker.az bildirir ki, bu barədə Bankın maliyyə hesabatında bildirilir.
“Rabitəbank”ın kredit portfelinin ₼ 136,6 milyonu istehlak, ₼171,7 milyonu biznes, ₼35,1 milyonu əmlak və ₼ 33,6 milyonu isə digər kreditlər təşkil edib.
Bankın kredit portfelinin böyüməsində əsas rolu isə istehlak kredirləi hesabına olub. Belə ki, geridə qalan bir il ərzində iestehlak kreditləri 77% (₼59,37 milyon) əmlak kreditləri 13% (₼4,1 milyon), digər kreditləri isə 51.3% (₼11,38 milyon) böyüməli olub.
Lakin, bankın ötən ilin əvvəli ilə müqayisədə real sektora yönəldilmiş – biznes kreditlərinin həcmi 8%-dən çox azalıb ki, bu da ₼15,69 milyonluq fərq deməkdir.