“MBA Group” konsaltinq şirkətinin portfelində ötən ay Bakıda ən bahalı həyət evi 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.
Bunu şirkətin direktoru Nüsrət İbrahimov bildirib.
Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb. Nüsrət İbrahimovun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.
©Trend