24 C
Baku
Wednesday, October 2, 2024

XXI əsrin ən maraqlı və perspektivli məhsulu

Su – insan həyatını qorumağa vacib olan təbii resursdurki, bu da onu dünyanın ən vacib məhsulu edir. Bu məhsul dünyada fəal şəkildə istifadə edilir, məhdudlaşır və hökumət ümumilikdə ona nəzarət qabiliyyətinə sahibdir. 

25 ildən sonra Yer kürəsindəki vəziyyətə nəzər salsaq görərik ki, içməli su məhdudlaşacaq. Çünki planet əhalisi artmaqda davam edir və iqlim dəyişikliyi sahil xətlərini və hava şəraitini də dəyişdirir.

Burada yaranan əsas sual suyun da neft, taxıl və qızıl kimi birjalarda satılması ehtimalının olub-olmamasıdır?

Bir çox analitiklərin bildirdiyinə görə, gələcək 25 ildə dünyada su ehtiyatlarının tükənməsi məsələsi daha da qəlizləşəcək. Lakin su ilə ticarət əməliyyatları həyata keçirmək çətin olacaq.

Digər bir qrup ekspertlərin fikrincə, illər sonra bütün maneələr aradan qaldırılacaq, suya olan maliyyə alətləri isə yaxın 5-10 il ərzində peyda olacaq.  Digər bir vacib sual isə qiymət məsələsidir. Belə ki, qiymət coğrafi fərqlərdən asılı olacaq.

BMT hesabatına görə, inkişaf etməkdə olan ölkələrdə suya olan tələbat əhəmiyyətli dərəcədə artacaq. Bununla yanaşı, kənd təsərrüfatında sudan istifadə 2050-ci illərdə 20% artacaq.

Son xəbərlər
Digər xəbərlər