Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsindən qeydə alınmış namizədlər Razim Əmriraslanlı və Şirinov Hikmətin müraciətlərinə baxılıb.
Həmin şəxslər müraciətində səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğunu qeyd edib. MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29 seçki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilsin və həmin dairədə seçkilər etibarsız hesab edilsin. Bunu Qafqazinfo yayır.
Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.