16 C
Baku
Friday, October 18, 2024

İyunda sığortalanan avtomobillərin sayı bəlli oldu

Toplanmış sığorta haqlarının məbləği 5 milyon manatdan çox olub

Yol Cari ilin iyununda Azərbaycanda 69440 avtomobil icbari qaydada sığorta edilib.

Bu haqda İcbari Sığorta Bürosu xəbər yayıb.

Xəbərdə deyilir ki, sığortalanmış avtomobillərin 20 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olmuş maşınlar təşkil edir.

Ötən ay bağlanmış icbari sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının məbləği 5 milyon manatdan çox olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,28 faiz azdır.

Ümumilikdə isə, bu ilin birinci yarısında avtomobillərin icbari sığortası üzrə 416 mindən çox müqavilə bağlanıb və 32,2 milyon manat sığorta haqqı toplanıb.

Son xəbərlər
Digər xəbərlər