2 C
Baku
Saturday, December 14, 2024

Avropanın ən böyük avtobus şirkəti “FlixBus” Baltikyanı ölkələrdə fəaliyyətə başlayır

Avropanın ən böyük avtobus sərnişindaşıma şirkəti olan “FlixBus” Baltikyanı ölkələrdə fəaliyyətə başlayacaq.
Bu barədə şirkətin Polşa, Ukrayna və Baltikyanı ölkələr üzrə icraçı direktoru Mixal Leman rus.err.ee portalının müxbirinə müsahibəsi zamanı bildirib.
“Baltikyanı ölkələrdə fəaliyyətə başlamaq üçün hazırlıq mərhələsindəyik. Berlin və Varşava kimi şəhərlərlə Tallinni birləşdirən xətlər bizim əsas prioritet istiqamətlərimizdəndir və avtobusların 2020-ci ilin ilk yarısında istifadəyə verilməsi planlaşdırılır”, – deyə o, söyləyib.
Əsası 2013-cü ildə qoyulan alman şirkəti “FlixBus” hazırda Avropada dominant operator hesab olunur. Azərtac

Son xəbərlər
Digər xəbərlər