22 C
Baku
Friday, September 20, 2024

MİDA-nın sosial mənzillərin tikintisini həvalə etdiyi şirkətdə ayrılma

“Faktor Qrup-S” MMC ayrılma şəklində yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, Cəmiyyətin tərkibindən “Faktor Qrup-S-1” MMC ayrılaraq yeni yaranır. “Faktor Qrup-S” MMC-nin bəzi hüquq və öhdəlikləri bölünmə balansına əsasən yeni yaradılan “Faktor Qrup-S-1” MMC yə ötürülür.

Bildirək ki, 2019-cu ildə Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işlərini “Azinvest İnşaat” QSC-yə məxsus “Faktor Qrup-S” MMC konsersiumu aparıb. Buna görə, MİDA adıçəkilən konsersuma 7 622 852 manat ödəməli olub. Bura həmçinin poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri də daxil edilmişdir.

Son xəbərlər
Digər xəbərlər