“AtaBank” ASC-nin İdarə Heyəti sədri, Audit Komitəsinin sədri və üzvi vəzifələrini tərk ediblər.
Banker.az saytının xəbərinə görə, İdarə Heyəti sədri Dəyanət Quliyev vəzifəsindən azad edilib.
Azərbaycan Mərkəzi Bankının 31 yanvar 2020-ci il tarixdəki uçot dərəcəsinin açıqlanmasına dair press-konfransada, baş bankir Elman Rüstəmov “AtaBank” ASC-də gedən proseslərə dair bir neçə mühüm açıqlama vermişdi. Baş bankir, AtaBank-dakı ciddi problemlərin səbəbi Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılması ilə əlqələndirmişdi.
“AtaBank məsələsi Maliyyə Sabitliyi Şurasında müzakirə edilib. Mərkəzi Bank öz təklifini hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcəkdir. AtaBank barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. AtaBank-ın qorunan əmanətçiləri narahat olmasınlar. Qorunmayan əmənətçilərə də əmanətlərini gəlib qorunan əmanətə çevirmələri üçün bildiriş göndəriləcək, bu barədə AtaBank-ın rəhbərliyinə göstəriş verilib”- deyə həmin press-konfransda Baş bankir Elman Rüstəmov demidşi.
D.Quliyev, bu banka 2016-cı ilin iyun ayında səhmdarların qərarı ilə İdarə Heyəti sədri təyin edilmişdi.
O, bu banka sədr gəlməmişdəm öncə, məhz bu bankın əsas səhmdarı olan “Synergy Group” da çalışıb. Quliyev, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlamış, daha sonra İdarə Heyətinin sədri olub. 2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilib.
Digər bir məlumata əsasən isə Audit Komitəsinin sədri Dadaşov Miryaqub Mirdadaş oğlu və üzvi olan Səfərov Elvin Tahir oğlu da vəzifəsifələrini tərk ediblər.
Bundan öncə isə Banker.az-da “Ata Bank” sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olması barədə məlumat vermişdik.
Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni tarixdə, Bankda müştərilərin depozitləri 286 milyon 268 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 253 milyon 9 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 3 milyon 530 min manat, hüquqi və fiziki şəxslərin tələbli depozitləri isə 29 milyon 728 min manat təşkil etmişdi.