ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.
İlin ilk rübündə “Brent” markalı neftin bir barrelinin orta qiyməti 53 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu isə 63 dollar/barrel idi.
Bankın ilin digər rübləri üzrə “Brent”in qiymətinə dair proqnozu isə müvafiq olaraq 57, 60 və 65 dollar/barreldir.
Birinci rüb üzrə “Light” markalı neftin bir barrelinin qiymət proqnozu 48,5 dollara endirilib. Əvvəlki proqnoz 58,5 dollar/barrel idi. Növbəti rüblərdə isə “Light”ın qiymətinin 52,5, 55,5 və 60,5 dollar/barrel olacağı gözlənilir.
“Goldman Sachs” bu qərarrında Çində yayılan koronavirusun qlobal neft tələbatına təsiri əsas rol oynayıb.
©Azərtac