15 C
Baku
Sunday, November 24, 2024

Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti ilə ödəniş et, 10 MANAT-a qədər bal qazan!

Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.

Beləliklə 7 İyul- 7 Avqust tarixləri arasında İnternet Bankçılıq xidməti ilə istər hesabından, istərsə də kredit kartından faktura ödənişi edən fərdi müştərilər, hər ödənişlərində 2  manat bal qazanmaqla maksimum 10 manat bal qazanmaq imkanı əldə edəcəklər.  Faktura ödənişinə kommunal,mobil, kabel TV, stasionar telefon, internet ödənişləri daxildir.

Bu kampaniya ilə istənilən zaman və dünyanın istənilən nöqtəsindən faktura ödənişlərinizi rahat şəkildə etməklə əlavə ballar qazanmaq fürsəti əldə edəcəksiz. Qazanılan ballar  kampaniya bitdikdən sonra 5 iş günü ərzində Worldcardınıza, Worldcardınız olmadıqda isə Pulkartınıza yüklənəcəkdir.

İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri eyni gün ərzində bank tərəfindən verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura ödənişi etməlidir.

Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından, http://www.facebook.com/yapiKrediAZhttp://www.facebook.com/YapiKrediWorldAZ səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər