Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının iclası keçirilib.
MDM-in verdiyi məlumata görə, iclasın qərarı ilə Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Maliyyə bazarlarına nəzarət orqanının dəyişməsi ilə əlaqədar olaraq, Əli İsmayıl oğlu Əhmədov Müşahidə Şurasının yeni sədri, Samir Əbülfət oğlu İsmayılov sədrin müavini seçiliblər. Tural Bəşir oğlu Bayramov və Orxan Ələkbər oğlu Məmmədov isə Müşahidə Şurasının üzvləri kimi vəzifələrini davam edirlər.
©APA