Azərbaycanda sənaye klasterlərin yaradılması üçün istər istehsal, istər emal, istərsə də satış kimi sahələri müəyyənləşdirərək, onlara təkan və dəstək vermək niyyətindəyik.
Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlarla görüşdə çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu sahələrdən biri də ölkədə qızıl sənayesi və zərgərlik bazarının inkişaf etdirməsidir.
“Biz perspektivləri və imkanları müzakirə edərək problemlərə də nəzər salmalıyıq. Çünki problemləri düzgün müəyyənləşdirmədən və yaxud problemlərin müəyyənləşdirilməsində yanlışlıqlara yol verəriksə, çox güman ki, bizim qəbul etdiyimiz qərarlar, həyata keçirmək istədiyimiz addımlar da tam dolğun və doğru olmaya bilər”, – deyə nazir qeyd edib.
©APA