10 C
Baku
Friday, November 1, 2024

Azərbaycana elektrik enerjisi ötürən “Dərbənd” stansiyası yenidən qurulur

Azərbaycana elektrik enerjisi tranzitində iştirak edən 330 kilovotlıq “Dərbənd” elektrik stansiyasının yenidən qurulmasına 1,4 milyard rubldan (təxminən 280 min manat) çox vəsait yatırılacaq.

Bu barədə “Rosseti” şirkətinə daxil olan “Yuqa” magistral elektrik şəbəkəsinin mətbuat xidməti məlumat yayıb. Dağıstanın ən iri elektrik stansiyalarından olan “Dərbənd” yardımçı stansiyası respublikanın cənubunu, o cümlədən Dərbənd şəhərini elektrik enerjisi ilə təmin etməklə yanaşı, Azərbaycana elektrik enerjisi ötürülməsində iştirak edir.
Stansiyanın yeni avadanlıqla təchiz edilməsi Azərbaycana ötürülən elektrik enerjisinin həcmini artırmağa imkan verəcək. Yardımçı stansiyanın gücünün 25 faiz artacağı gözlənilir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər