7 C
Baku
Sunday, January 12, 2025

Sharp Avropa bazarını tərk edir

Sharp şirkəti Avropa bazarında LCD- televizorların istehsalı və satışı ilə bağlı hüququnun Tayvanın TPV Technology şirkətinə verməsi ilə bağlı danışıqlar aparır. 

 Yapon məişət avadanlıqları istehsalçısı Avropa məişət bazarını tərk etmək niyyətindədir. Beləliklə, şirkət bu yolla xərclərini azaltmağı düşünür. Verilən məlumatlara görə, Tayvan şirkəti ilə danışıqlardan əlavə, Sharp şirkətinin Polşadakı TV fabrikinin də satılması məsələsi gündəmdədir.

 Bundan əlavə, Sharp Avropada məişət elektrik avadanlıqlarının satışından azad olmaq istəyir. Bu biznesin potensial alıcısı isə Türkiyənin məişət texnikası istehsalçısı olan Vestel Elektronik Sanayi ve Ticaret AS. şirkəti göstərilir. Verilən məlumatlara görə, hər iki şirkət arasında danışıqlar hələ ki, başlanğıc mərhələdədir. Bu səbəbdən də, hələlik dəqiq məlumat vermək mümükün deyildir.

Son xəbərlər
Digər xəbərlər