3 C
Baku
Saturday, December 14, 2024

“Apple” in səhmləri koronavirusa görə 2% ucuzlaşıb

Amerikanın “Apple Inc” şirkətinin səhmləri koronavirusa görə 2% ucuzlaşıb.

Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı günü CNBC məlumat verib.

Səhmlərin qiymətindəki azalma Çinin Xubey əyalətində COVID-19 koronavirusun yayılmasının nəticələri ilə əlaqədar olmuşdur. Epidemiyanın yayılması səbəbindən korporasiya proqnozlaşdırdığı rüblük mənfəəti əldə edə bilməyəcək.

NASTAQ elektron birjasının saytındakı statistikaya görə, çərşənbə axşamı günü “Apple” in səhmlərinin qiyməti 319 dollar təşkil edib ki, bu da əvvəlki qiymət ilə müqayisədə 5,95 dollar azdır (1,83%).

“Apple” yanvar ayının sonunda cari rübdə gəlirin təxminən 63-67 milyard dollar, əməliyyat xərclərinin isə 9,7 milyard dollar səviyyəsində olacağını təxmin etmişdir.

Xatırladaq ki, COVID-19 koronavirus epidemiyası 2019-cu ilin dekabrın sonunda yayılmağa başlayıb. Bu günə qədər bu virusdan 2004 insan dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər