Gürcüstanın Azərbaycana idxalı 9% azalıb

Yanvar ayında Gürcüstan Azərbaycandan 58 767,9 min dollar dəyərində məhsul idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 9% azalıb.

Gürcüstanın ümumi idxalında 9,5% paya sahib olan Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

©Report

Son xəbərlər
Digər xəbərlər