15 C
Baku
Sunday, November 24, 2024

“Worldcard-dan 500 manatlıq təyyarə bileti!”  stimullaşdırıcı lotereya kampaniyasının ilkin qalibləri müəyyən olundu.

Yapı Kredi Bank Azərbaycanın Worldcard müştəriləri üçün keçirdiyi #yayfursetleri layihəsi çərçivəsində  1 iyundan başlayaraq “Worldcard-dan 500 manatlıq təyyarə bileti!” tirajlı stimullaşdırıcı lotereya kampaniyası keçirilir. Kampaniya şərtlərinə əsasən ölkə xaricində Worldcard-la 50 manatdan çox alış-veriş edən hər kəs lotereyada iştirak etmək şansı qazanır. Hər 50 manat bir şans deməkdir. Beləliklə daha çox alış-veriş daha çox şans qazandırır. Lotereya çəkilişləri 1-30 iyun 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 iyul 2014, 1-31 iyul 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 avqust 2014, 1- 31 avqust 2014-cü il tarixlərində edilən alış-verişlər üçün isə 4 sentyabr 2014-cü il tarixlərində keçiriləcəyi planlaşdırılıb

Beləliklə 1-30 iyun tarixlərində kampaniyada iştirak etmiş Worldcard istifadəçiləri arasında 4 iyul tarixində lotereya çəkilişi keçirilmişdir və kampaniyanın ilk 5 qalibi müəyyən olunmuşdur. Qalib şəxslərin adlarını sizinlə paylaşırıq:

Səfa Məhərrəmova

Fərzəli Əsədov

Tacəddin Mustafayev

Aydın Polat

Melikşah Necmi Acuner

Hər bir qalib 500 manat dəyərində təyyarə bileti qazanmışdır. Qeyd edək ki, digər lotereya çəkilişi 4 avqust-da keçiriləcək.

Kampaniya haqqında ətraflı məlumatı www.worldcard.com.az  saytından və *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən öyrənə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər