Braziliyada adam başına düşən orta illik gəlir 11 min ABŞ dollarıdır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 28 min dollara bərabərdir.
Ölkənin ümumi ərazisinin sahəsi 3 milyon 857 min 926 kvadrat kilometrə bərabərdir. Beləliklə, ölkə ərazisinə Hindistanın 2,5 hissəsini yerləşdirmək mümkün olardı.
Orta hədlə braziliyalı uşaqlar 7 illərini məktəbdə keçirirlər.
Braziliya kosmetika vasitələrindən istifadəyə görə dünyada 3-cü yeri tutur. Ekspertlərin sözlərinə görə, kosmetika bazarı burada 1 il üçün 43 milyard dollar təşkil edir. ABŞ-da bu göstərici 68 milyard dollar, Yaponiyada isə 47 milyard dollara bərabərdir. Gigiyena, parfumeriya və kosmetika sahəsində hazırda 1367 şirkət fəaliyyət göstərir.
Dünyada istehsal edilən portağal şirəsinin 50, şəkərin isə 20%-i Braziliyada istifadə edilir.
Braziliya hazırda ən güclü iqtisadiyyata sahib 7-ci ölkədir. Onun ÜDM-u Cənubi Afrika, Argentina və Avstraliyanın ÜDM-nun cəminə bərabərdir.
Ölkədəki bürokratiya səviyyəsini bu formada təsvir etmək mümkündür: tikinti işlərinə başlamaq üçün icazə almağa sizin 1 iliniz sərf olunacaq.
Dünyada istehsal edilən qəhvənin 1/3 hissəsi Braziliyanın payına düşür.
Dünyanın insan həyatı üçün ən təhlükəli “cinayətkarlıq paytaxtlarının” 11-i Braziliyada yerləşir.
Futbolun Braziliyanın müasir mədəniyyətinin bir hissəsini təşkil etdiyi heç kimə sirr deyil. Braziliyanın yığma komandası 5 dəfə – 1958, 1962, 1970, 1994 və 2002-ci ildə çempion tituluna sahib olmuşdu.







