19 C
Baku
Wednesday, October 2, 2024

149 : 0 — ən acınacaqlı futbol hesabı

Bir oyunda vurulan qolların sayına görə dünya rekordu Madaqaskarın Stade Olympique de L’Emyrne (SOE) futbol komandasına məxsusdur. 2002-ci ildə bu komandanın oyunçuları 149 qol vura bilmişlər, ən maraqlısı isə odur ki, öz qapılarına.

2002-ci ildə Madaqaskarda keçirilən oyun zamanı Stade Olympique de L’Emyrne komandasının oyunçuları və baş məşqçisi belə güman edirlər ki, hakim onlara haqsız yerə 11 metrlik cərimə zərbəsi təyin etmişdir və bunun da nəticəsi olaraq komanda artıq çempionatda mübarizə apara bilməyəcəkdi.

Nəticədə SOE komandası yarım finalda rəqib komandanın oyunçularına heç bir fikir verməyərək topu öz qapılarından keçirməyə başlamışlar. Bununla onlar öz etirazlarını ifadə edirdilər. Oyunun sonunda matçın nəticəsi 149 : 0 idi.

Oyundan sonra SOE komandasının baş məşqçisi 3 il, 4 oyunçu isə mövsümün sonuna qədər diskalifikasiya olunmuşdu. Oyunun bütün digər iştirakçıları (rəqib komandanın futbolçuları da daxil olmaqla) şifahi xəbərdarlıq əldə edir.

Son xəbərlər
Digər xəbərlər