1 C
Baku
Saturday, December 14, 2024

Yelo Bank əməliyyat risklərini sığortalamaq üçün tender keçirir

Yelo Bank 2020-ci il üçün Bankers Blanket Bond (BBB) əməliyyat risklərinin sığortalanması üzrə acıq tender elan edir.

Bankın yaydığı elanda deyilir ki, sığorta predmeti qismində sığortalının maliyyə əməliyyatları nəticəsində itkiyə maruz qala biləcəyi əmlak çıxış edir. 

Aşağıdakı risklər sığorta olunmalıdır:

  • İşçı dələduzluğu/Employee dishonesty
  • Əmlak/On Premises
  • Daşınma/In Transit
  • Saxtalaşdırılmış çeklər/Forgery or Alteration
  • Saxtalaşdırılmış qiymətli kağızlar/Securities
  • Saxtalaşdırılmış valyuta/Counterfeited Currency
  • Ofis və içindəkilər/Offices and Contents
  • Hüquqi və məhkəmə xərcləri/Court Costs, Legal Counsel Fees and Legal Expenses
  • Kompüter sistemləri/Computer Systems
  • Prosesinq şirkətinin fəaliyyəti/Assured’s Service Bureau Operations
  • Elektron kompüter proqramları/Electronic Computer Instructions
  • Elektron məlumat bazası və daşıyıcılar/Electronic Data and Media
  • Kompüter virusları/Computer Virus
  • Elektron rabitə vasitələri/Electronic Communications
  • Elektron ötürmələr/Electronic Transmissions
  • Elektron qiymətli kağızlar/Electronic Securities
  • Saxtalaşdırılmış şifahi göstərişlər nəticəsində itkilər/Voice Initiated Transfers

Bildiririk ki, təkliflərin qəbulu 21 fevral 2020-ci il tarixdə başlayır və 28 fevral 2020-ci il tarixdə yekunlaşacaq. 

Fevralın 28-dək aşağıdakı məlumatlar təqdim edilməlidir:

  • Tenderdə iştirak üçün yazılı müraciət
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
  • Azərbaycan dilində tender təklifi

Sənədlər tender təklifi ilə birlikdə 28 fevral 2020-ci il tarixinə saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən Yelo Bankın baş ofisinə təqdim edilməlidir.

Əlavə suallarınız yaranarsa, 981 nömrəsi (dax. 1993, Fidan Kərimova) ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər