10 C
Baku
Wednesday, December 11, 2024

Saatlıda iki yeni istehsal istehsal və emal müəssisəsi yaradılır

Saatlıda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədi ilə iki yeni istehsal və emal müəssisəsi yaradılır.

7 min hektar ərazisini əhatə edən “İD-Aqropark”ı rayonun Azadakənd, “Rom-Alpinos süd və ət məhsulları” MMC isə Sımada kəndi yaxınlığında yaradılır. “İD-Aqropark”da kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcək, 200 hektar sahədə meyvə bağı salınacaq, soyuducu anbar, istixana, tövlə, yem zavodu, quşçuluq fabriki tikiləcək.

“Rom-Alpinos süd və ət məhsulları” MMC-nin ərazisində isə 3 yardımçı ferma, eləcə də müasir tipli fermalar tikiləcək.

Hazırda təsərrüfatlara yol, su, elektrik xətləri çəkilir, körpülər salınır, kanal və drenaj şəbəkələr qurulur.

“İD-Aqropark”da işlər tam başa çatandan sonra 390, “Rom-Alpinos süd və ət məhsulları” MMC-də isə 60 nəfər daimi və mövsümü işlərlə təmin olunacaq.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər