21 C
Baku
Thursday, October 3, 2024

Özəl bankların göstəriciləri yaxud Prezidentin narazılığı

AR prezidenti İlham Əliyev özəl banklarla bağlı islahatların vacib olduğunu vurğulayaraq qeyd etdi ki, “Dünya təcrübəsindən məlumdur ki,  özəl banklar iqtisadiyyatın real sektorunun inkişafında həlledici rol oynayırlar. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyil”

Ölkə Prezdenti onu da əlavə etdi ki, “Özəl banklar pul qazanmaq üçün iqtisadiyyatın real sektoruna pul ayırmırlar”

Xatırladaq ki, istehlak kreditləri sadəcə əhalinin təlabatlarını ödəyir, dövlətin isə bundan heç bir qazancı olmur.

Banker. az saytı sizə özəl bankların 1 il ərzində iqtisadiyyatın real sektoruna kredit qoyuluşunun həcmini təqdim edir.

Dövlət bankları 2013-cü ildə iqtisadiyyatın real sektoruna 4 570,5 mln manat kredit ayırıb. Başqa sözlə, 34,1% . 2014-cü ildə isə bu rəqəm 5 700,0 mln manat (34,3%) olub . Bir il ərzində artım isə 1 130 mln manat və yaxud 25% təşkil edir.

Özəl banklar isə 2013-cü ildə iqtisadiyyatın real sektoruna 8 482,1mln manat , yaxud 63,3% kredit ayırırıb.

2014-cü ildə isə bu rəqəm 10 425,5 mln manat, yaxud 62,8% kredit ayrılıb. Bir il ərzində artım isə 1 944 mln manat, yaxud 23% olub.

Son xəbərlər
Digər xəbərlər