21 C
Baku
Thursday, October 3, 2024

XIX əsrə aid qeyri-adi qadağa

XIX əsrdə İrlandiyada qadınların çay içməsi qadağan edilmişdi. Bu zaman belə hesab edilirdi ki, çay içən qadın spirtli içki qəbul edən şəxsdən heç nə ilə fərqlənmir: zamanını və pulunu boş yerə sərf edir, özünün evə və uşaqlara diqqət göstərmək kimi əsas öhdəliklərindən yayınırdı. İrlandiyada sözügedən əsrlərdə cəmiyyət arasında belə bir fikir hakim idi. Belə hesab edilirdi ki, qadınların ənənəvi öhdəlikləri milli iqtisadiyyatın inkişaf etməsi üçün həyati vacib əhəmiyyət daşıyır.

Həmçinin belə hesab edilirdi ki, çay narkotikdir. İnsanlar ciddi şəkildə elə düşünürdülər ki, çay insanlarda asılılıq yaradır. Bundan əlavə, XIX əsrdə çay indi olduğu kimi ucuz deyildi və yoxsul qadınlar üçün çay içmə mərasimi yol verilməz dəbdəbə nümunəsi idi.

Son xəbərlər
Digər xəbərlər