20 C
Baku
Thursday, October 3, 2024

Banka borcunu qaytara bilməyənlərin sayı artıb  

Hazırda son göstəricilərə əsasən ölkədə cəmi kredit qoyuluşları 16 595,4 mln manata çatıb. Statistikaya əsasən deyə bilərik ki, son bir il ilə müqayisədə 3 190 mln manat və ya 24% artıb.

Lakin bir nüans var ki, kredit qoyuluşları artması vaxtı keçmiş kreditlərin artmasına da təsir göstərir. Belə ki, hazırda vaxtı keçmiş kreditlər 905,0 mln manata çatıb. Halbuki ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlər 768,7 mln manat təşkil edirdi.  Göstəricilərə əsasən onu deyə bilərik ki, son 1 il ərzində vaxtı keçmiş kreditlər 137 mln və ya 18% artıb. Bu rəqəmlərdən isə 717,2  mln manatı milli valyuta üzrə, 187,8 mln manatı isə xarici valyuta üzrə vaxtı keçmiş kreditlər hesab olunur

İlin əvvəlindən vaxtı keçmiş kreditlər üzrə göstəricilərin artım tempinə aşağıdakı cədvəldən baxa bilərsiniz.

Capture5

Son xəbərlər
Digər xəbərlər