Hər il keçirilən CERAWeek enerji konfransı koronavirusun sürətlə yayılması səbəbiylə ləğv edilib. “IHS Markit Ltd” konsaltinq şirkəti məlumat verib.
Qeyd edək ki, konfrans Hyustonda (ABŞ) martın 9-dan 13-dək keçirilməli idi.
Keçən həftə “Moody’s Analytics” in mütəxəssisləri koronavirusun Çindən kənarda sürətlə yayıldığını nəzərə alaraq, onun pandemiyaya çevrilməsi ehtimalının 20%-dan 40%-dək artdığını bildirmişdirlər.
CERAWeek – enerji sənayesində keçirilən ən vacib tədbirlərdən biridir. Bu il konfransa dünya ölkələrindən minlərlə iştirakçı cəlb ediləcəkdir. “Saudi Aramco”, “BP Plc” və “Total SA” konfransda rəhbərlərinin çıxış edəcəyi gözlənilirdi.
“IHS Markit” şirkəti CERAWeek 2021 konfransını növbəti ilin 1-5 mart tarixlərində keçirəcəyini bildirib.