19 C
Baku
Friday, September 20, 2024

TuranBank-dan yeni endirim kampaniyası!

Türkiyəyə səyahət edəcək TuranBankın MasterCard kartlarının sahibləri 2014-cü il avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində Beymendə qiymətlərdə 10% endirim və vergidən azad alış-veriş etmək imkanı qazanacaqlar. Bundan əlavə, Nişantaşıda, İstinyePark və Zorlu Center ticarət mərkəzlərində onları fərdi bazarlıq və staylinq, qaldıqları mehmanxanalarda istəklərinə uyğun eksklüziv alış-veriş xidməti gözləyir.

Kampaniya, həmçinin İstiyePark Mall-da yerləşən Bottega Veneta, Dolce&Gabbana, Etro, Marc by Marc Jacobs, Moschino butiklərində, Nişantaşı, Abdi İpekçi küçəsində yerləşən Tod’s butiklərində və Zorlu Center Mall-da yerləşən Dolce&Gabbana, Stella Mccartney, Tory Burch, Valentino, Saint Laourent, Emilio Pucci butiklərində keçərlidir.

Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir. MasterCard kartlarını TuranBankın bütün filallarında sifariş vermək olar.

Son xəbərlər
Digər xəbərlər