6 C
Baku
Sunday, December 15, 2024

12 sığorta şirkətinin ödənişləri artıb – SİYAHI

2020-ci ilin yanvarında Azərbaycanda 22 sığorta şirkətindən 12-sinin sığorta ödənişləri illik müqayisədə artıb, 8-inin isə ödənişləri azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət “Paşa Sığorta”dır. Bu şirkət 5,415 milyon manat ödəniş edib ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə cari ilin yanvarında 4 dəfə çox deməkdir. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta” şirkətidir. Bu şirkətin ödənişləri bu ilin yanvar ayında 19 milyon manat olub. Belə ki, sığorta ödənişləri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət “AXA MBASK” sığorta şirkətindədir. Bu şirkət 2020-ci ildə 118 milyon manat ödəniş edib ki, bu da ötən ilə nisbətən 87% azalma deməkdir. İkinci yerdə “İpək Yolu Sığorta” şirkətidir. “İpək Yolu Sığorta” şirkətinin ödənişləri 78% azalaraq 7 milyon manat olub.

sigorta odenisleri bankeraz

Son xəbərlər
Digər xəbərlər