2 C
Baku
Saturday, December 14, 2024

Komissyaya həmsədrilik İqtisadiyyat naziri deyil, NRYT naziri edəcək

Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi Prezident İlham Əliyev Tərəfindən təsdiqlənib.

Fərmanda deyilir,

“Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

  • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
  • Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
  • Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
  • Azərbaycan Respublikası Təhsil nazirinin müavini
  • Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
  • Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
  • Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2020-ci il.


ƏVVƏLKİ

Komissiyanın həmsədri:

  • Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri[2]

Komissiyanın üzvləri:

  • Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
  • İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
  • İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
  • İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
  • Elmir Vəlizadə – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini[3]
  • Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
  • Ədalət Vəliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
  • Ehtiram Rəhimov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
  • Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
  • Sabir İlyasov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
  • Tural Rzayev – Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Son xəbərlər
Digər xəbərlər