7 C
Baku
Sunday, January 12, 2025

Əhalinin gəlirləri 17,8 mlrd manata çatdı

2014-cü ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 3,3 faiz artmışdır.

Banker.az xəbər xerir ki, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz yüksəlmişdir.

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18,0 faizi isə yığıma yönəldilmişdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalmışdır.

Son xəbərlər
Digər xəbərlər